Avstriyanınpaytaxtı olan Vyanaşəhərində xristianlıq əleyhinə divarda çəkilmiş olan qraffit. Mətndə Kirchenaustritt heute yazılmışdır və bu sözün mənası: "[Mən] bu gün kilsəni tərk edirəm" deməkdir.
Xristofobiya, Xristianofobiya və ya Xristian düşmənçiliyi kimi də adlandırılan anti-xristian əhval-ruhiyyəsi xristianlara, xristian dininə və/yaxud onun əməllərinə qarşı qorxu, nifrət, ayrı-seçkilik və/və ya qərəzli münasibəti ifadə edir.
Antixristian əhval-ruhiyyəsi tarix boyu tez-tez xristianların təqibinə səbəb olmuşdur. Avropa Yepiskop Konfransları Şurasının qəbul etdiyi qərara görə, bu terminlər əslində "xristianlara qarşı ayrı-seçkiliyin və dözümsüzlüyün hər bir formasını" əhatə etsə də, anti-xristian əhval-ruhiyyəsi bəzən Xristofobiya və ya Xristianofobiya olaraq da adlandırılır.[1][2][3]